Аlmaniyada sərnişin qatarı yük maşını ilə toqquşub

Аlmaniyada sərnişin qatarı yük maşını ilə toqquşub
Want create site? Find Free WordPress Themes and plugins.

Almaniyada sərnişin qatarı ilə yük avtomobilinin toqquşması nəticəsində azı 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

“A24.az”ın RİA Novosti  agentliyinə istinadən verdiyi məlumata görə, Bavariya federal torpağının ərazisində, Frayunq şəhəri yaxınlığında baş verib.

Məlumata əsasən, içərisində 50 sərnişin olan qatar dəmiryol keçidində yük maşını ilə toqquşub. Qatar avtomobili vuraraq 1 km sürüyəndən sonra hər iki nəqliyyat vasitəsində yanğın başlayıb. Qatarın maşinisti itkin düşüb.

AFP agentliyinin məlumatına əsasən, yük avtomobili ABŞ ordusuna məxsusdur.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar