​İran 13 “Boeing-737” alıb

​İran 13 “Boeing-737” alıb
Want create site? Find Free WordPress Themes and plugins.

İranın Mülki Aviasiya şirkətləri 13 “Boeing-737” sərnişin təyyarəsi alıb.

a24.az” “Report”a istinadən xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, alınan “Boeing-737-400” tipli təyyarələrindən ikisi noyabrın 2-də İrana gətiriləcək.

Təyyarləri “Caspian Airline”, “Nasim Air”, “Aseman Air” və “Mahan Air” şirkətləri alıb.

Alınan təyyarələr azı 15 il öncə istehsal edilib.

Qeyd edək ki, nüvə proqramına görə, İran mülki təyyarələrin ehtiyat hissələri və sərnişin təyyarələri ala bilmirdi. İrana “Boeing-737″lərin satılması tətbiq edilən sanksiyaların yumşaldılmasının göstəricisi kimi dəyərləndirilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar