10 ay ərzində Gürcüstana 1 milyondan çox azərbaycanlı turist gedib

10 ay ərzində Gürcüstana 1 milyondan çox azərbaycanlı turist gedib
Want create site? Find Free WordPress Themes and plugins.

2017-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstana Azərbaycandan 1 mln. 430 min 703 nəfər ziyarətçi səfər edib.

A24.Az xəbər verir ki, bu barədə APA Gürcüstan bürosuna istinadən məlumat yayıb. Qeyd edilir li, bu, ötən ilin analoji göstəricisindən 10,8% çoxdur.

Oktyabr ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 130 914 nəfər təşkil edib.

Cari ilin ilk 10 ayı ərzində Gürcüstana səfər edən əcnəbilərin ümumi sayı 6 mln. 430,824 min nəfər təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 18,8% çoxdur.

Qonşu ölkəyə ən çox səfər edən xarici ziyarətçilər arasında Azərbaycanla yanaşı, Ermənistan (15,8% artım), Rusiya (33,3%),) və İran vətəndaşları (122,8%) da yer alıb.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İqtisadiyyat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar