10 ayda insan alveri ilə bağlı 103 cinayət faktı – VİDEO

10 ayda insan alveri ilə bağlı 103 cinayət faktı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

2015-ci ilin 10 ayı ərzində insan alveri ilə bağlı 103 cinayət faktı qeydə alınıb.

“A24.az” xəbər verir ki, bunu Avropa Şurası və Azərbaycan Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Avropa Şurasının “İnsan Alverinə Qarşı mübarizə haqqında” Konvensiyasının yerinə yetirilməsi ilə bağlı keçirilən Dəyirmi Masada Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə müdiri İlkin Qurbanov jurnalistlərə açıqlamasında deyib.

İ.Qurbanovun sözlərinə görə, 7 məcburi əməyə cəlbetmə faktı da aşkarlanıb: “İnsan alveri məqsədilə sənədlərin qanunsuz hazırlanması ilə bağlı 11 fakt qeydə alınıb”.

İ.Qurbanov qeyd edib ki, bu cinayətlərlə bağlı 26 nəfər məsuliyətə cəlb edilib.

Şöbə müdiri həmçinin əlavə edib ki, 58 nəfər insan alverinin qurbanı müəyyən olunub.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=CoYDqOkd02I

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar