10 il ərzində dünyada 930 jurnalist qətlə yetirilib

10 il ərzində dünyada 930 jurnalist qətlə yetirilib
Want create site? Find Free WordPress Themes and plugins.

2006-cı ildən 2017-ci ilə qədər dünyada 930-a yaxın jurnalist öldürülüb, minlərlə başqası zorakılıq və təzyiqlərə məruz qalıb.

A24.Az “Report”-a istinadən xəbər verir ki, bunu cümə axşamı BMT-nin baş katibi Antoniu Quterriş jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması Beynəlxalq günü münasibəti ilə bağlı müraciətində deyib.

“2006-cı ildən 2016-cı ilədək 930 jurnalist və mətbuat işçisi öldürülüb. Minlərlə başqası müntəzəm olaraq cinsi zorakılığa, təzyiqlərə, saxlanılma və sərt davranışa məruz qalır”, – deyə Quterriş bildirib.

Onun sözlərinə görə, jurnalistlərə qarşı törədilmiş cinayətlər çox vaxt cəzasız qalır.

“10 hadisədən 9-da təqsirli şəxslər məsuliyyətə cəlb olunmur”, – deyə baş katib əlavə edib.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar