10 milyon insanı öldürəcək təhlükə

Prof. Dr. Ender Yarsan: “Araşdırmalar göstərir ki, 2050-ci ilə qədər antibiotik müqavimətindən irəli gələn xəstəliklərdən 10 milyon ölüm hadisəsi baş verəcək”.

 

“A24.az” xəbər verir ki, Ümumdünya Sağlamlıq Təşkilatı və bir çox ölkənin sağlamlıq təşkilatları tərəfindən dövrün problemi kimi qeyd edilən “antibiotik müqaviməti”, insan sağlamlığı üçün böyük təhlükədir. Heyvan sağlamlığı xidmətlərində insanlardan ikiqat çox istifadə edilən antibiotiklərin ət, süd və digər məhsullarla insana keçdiyini qeyd edən Ankara Universitetinin Baytarlıq fakültəsinin müəllimi Prof. Dr. Ender Yarsan bunları deyib: “İnsanlarda olduğu kimi heyvanlarda da antibiotiklər reseptsiz satılmamalıdır. Araşdırmalar göstərir ki, 2050-ci ilə qədər antibiotiklərin müqavimətindən irəli gələn xəstəliklərdən 10 milyon ölüm baş verəcək. Artıq dərmanlar təsirsiz olur. Çox sadə soyuqdəymə halında da müalicələr aparılmayacaq, ölümlər qaçılmaz olacaq”.

14_d

Avropa Birliyi ölkələrində hər il ən azı 25 000 insanın antibiotik müqaviməti nəticəsində yaranan xəstəliklərdən öldüyünü qeyd edən Yarsan fikirlərini belə davam etdirib: “Türkiyə Avropada antibiotik istifadəsində birinci yerdədir. Bölgələrə nəzər yetirdikdə, Şanlıurfa ən çox antibiotikdən istifadə edən bölgədir. Heyvan sağlamlığında istifadə edilən antibiotiklər insanlarda istifadə ediləndən ikiqat çoxdur. Biz dərmanı hayvanlarda infeksiyanın qarşısını almaq, məhsuldarlığı artırmaq üçün istifadə edirik. Bu halda bakteriya müqavimət qazandıqda ət, süd və digər məhsullarda bu müqavimətli mikroorqanizm insana keçir”.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR