12 ildən sonra havanın temperaturunda dəyişiklik

12 ildən sonra havanın temperaturunda dəyişiklik
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda 2004-cü ildən sonra ilk dəfə olaraq, bu il iyul ayı sərin keçib.

“A24.az” xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, 2004-cü ilin iyul ayının hava şəraiti ilə bu ilki iyul ayının hava şəraiti oxşardır. Bu il iyulun sərin keçməsinin əsas səbəbi şimal və şimal-qərb küləklərinin üstünlük təşkil etməsi olub.

A.Verdiyev qeyd edib ki, hazırda Bakıda havanın temperaturu iqlim normasından 1-2 dərəcə aşağıdır. Bu il iyulda Bakıda havanın ən yüksək sutkalıq temperaturu iyulun 18-də (iyulun 29-dək olan məlumat) qeydə alınıb. İyulun 18-də Bakıda havanın sutkalıq temperaturu 37,5 dərəcə isti olub.

Ölkə üzrə isə iyulda (iyulun 29-dək olan məlumat) ən yüksək sutkalıq temperatur Mərkəzi Aran rayonlarında müşahidə edilib. Bəzi Aran rayonlarında iyulun 17-də sutkalıq temperatur 42 dərəcə isti olub.

Bakıda bu il iyul ayı ərzində ən aşağı sutkalıq temperatur isə iyulun 13-də olub. Həmin gün sutkalıq temperatur 19,2 dərəcə isti olub.

A.Verdiyev qeyd edib ki, 2004-cü ildə Bakıda iyul ayı ərzində ən yüksək sutkalıq temperatur 37 dərəcə, ən minimal sutkalıq temperatur isə 14 dərəcə olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar