14 yaşında ərə verilən qızın atası haqda ŞOK məlumat - VİDEO

14 yaşında ərə verilən qızın atası haqda ŞOK məlumat – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda ana 14 yaşlı qızını ərə verir. Atası isə qızının toyunu dəvətnamə paylanılanda qohumlarından eşidib.

“A24.az” “Xəzər xəbər”ə istinadən xəbər verir ki, belə bir hadisə ilə Lerik rayon sakini Mirtəmən Sadıqov qarşılaşıb. Onun iddiasına görə, keçmiş həyat yoldaşı yetkinlik yaşına çatmayan qızını ondan xəbərsiz ərə verir.

Mirtəmən Sadıqovun sözlərinə görə, ikinci həyat yoldaşı Əminə Məmmədova ilə 14 il əvvəl ailə həyatı qurub. Bir il əvvəl isə onlar boşanıblar. Bundan əvvəl başqa bir xanımla ailə həyatı quran Mirtəmən Sadıqovun hər iki qadından ümumilikdə 1-i oğlan, 9-u qız olmaqla 10 övladı var. Ata 14 yaşlı qızı Leylanın erkən yaşda ailə qurmasının qarşısını almağa çalışır. O deyir ki, qızını 22 yaşlı qohumlarına ərə verirlər.

Maraqlı məqam ondan ibarətdir ki, atanın iddiasına görə, qızı həmin oğlandan 2 aylıq hamilədir. Həmçinin söhbət zamanı Mirhətəm Sadıqov bildirib ki, qız ikinci dəfə ailə qurduğu qadının birinci həyat yoldaşından olan övladıdır. Lakin buna baxmayaraq, ərə verilən qız 6 aylıq olan zaman ona öz ad və soyadını verib, indiyə qədər ona atalıq edib.

Mirtəmən Sadıqov bu gün Xəzər rayon Polis İdarəsinə də müraciət edib. Polis idarəsində həm ananın, həm də atanın izahatları alınıb. Məsələ ilə bağlı qarşı tərəf isə mövqe bildirməkdən imtina edib.

Hüququşunas Kamandar Hüseynov deyir ki, qanunvericiliyə əsasən ölkədə nikaha girmə yaşı 18 olaraq göstərilib. Bununla yanaşı, qanunda nikaha girmə yaşı müəyyən hallar nəzərə alınmaqla 1 yaş azaldıla da bilər. Cinayət Məcəlləsində isə göstərilir ki, nikah yaşına çatmayan bir şəxsin nikaha cəlb edilməsi birbaşa cinayət məsuliyyəti yaradır.

Xəzər rayon Polis İdarəsindən isə bildirilib ki, artıq 14 yaşlı qızla evlənəcək şəxs saxlanılaraq istintaq cəlb edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Son Dəqiqə, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar