16 işçisi olan bu şirkət Azərbaycana soyutma sistemli tabut ixrac edir - FOTOLAR

16 işçisi olan bu şirkət Azərbaycana soyutma sistemli tabut ixrac edir – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Zonquldak bölgəsində yaşayan Rəcəb Taşqıran bölgədə soyutma sistemli tabutlara ehtiyacın olduğunu görərək emalatxana açıb. Emalatxanasında hazırladığı tabutları 10 ölkəyə ixracat edən iş adamının hazırda 16 işçisi var.

A24.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 39 yaşlı Taşkıran öz səyi ilə 11 il bundan əvvəl soyutma sistemli tabut və morq kabinələri yaratmağa başlayıb. Türkiyəli iş adamı bu vaxta kimi Belçika, Almaniya, Azərbaycan və İraqa təqribən 1500-ə yaxın soyutma sistemli tabut və 500-dən çox morq ixrac edib.

Hazırda 16 nəfər işçisi olan Taşkıran sadaladığımız ölkələrlə yanaşı Ərəbistan, Liviya, Suriya, Tunis, Macarıstan və Qətərə ildə 3600 soyutma sistemli tabut və 700 morq ixrac edir.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Texnologiya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar