16 yaşlı sevgilisi ilə görüşə gedən ana 2 körpəsini acından öldürdü - Dəhşət! - FOTOLAR

16 yaşlı sevgilisi ilə görüşə gedən ana 2 körpəsini acından öldürdü – Dəhşət! – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Texas ştatında iki azyaşlı qız avtomobildə 15 saat ac və susuz qaldıqdan sonra ölüblər.

A24.Az-ın Oxu.Az-a istinadla xəbərinə görə, hüquq-mühafizə orqanları uşaqların 19 yaşlı anası Amanda Hokinsə qarşı ittiham irəli sürüblər.

“Amanda Hokins bir və iki yaşlı körpəsini avtomobildə qoyub 16 yaşlı sevgilisi ilə əylənməyə gedib. 15 saatdan sonra qayıdan qadın uşaqlarının huşsuz olduğunu görüb”, – Kerr dairəsinin polis idarəsindən verilən məlumatında deyilir.

Qadın uşaqları xəstəxanaya çatdırsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Amanda Hokins polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar