A24 Xeber

160 ailəyə mal-qara verilib – Layihə davam edir

160 ailəyə mal-qara verilib – Layihə davam edir
359
09 Noyabr 2018 - 19:26

Son bir ayda artıq 37 rayon üzrə 800-ə yaxın proqram iştirakçısının kiçik ailə təsərrüfatları qurulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən A24.az-a verilən məlumata görə, Qəbələ, Laçın, Qax, Tərtər, Biləsuvar, Şamaxı, Kürdəmir üzrə 160 proqram iştirakçısı mal və materiallarla təmin olunub.

Onların bir hissəsini məcburi köçkün və şəhid, habelə aztəminatlı, çoxuşaqlı, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlillliyi olanlar, sağlamlıq imkanları məhdud uşağı olan valideynlər, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlar təşkil edib.

Mal və materiallarla təmin olunanların böyük əksəriyyəti biznes-planlarına uyğun şəkildə heyvandarlıqla məşğul olmaq üçün iri və kiçikbuynuzlu mal-qara ilə təmin edilib. Həmçinin bir qisminə arıçılıqla məşğul olmaq üçün arı ailələri və lazımi materiallar, avadanlıqlar verilib.

Digər iştirakçılar isə müvafiq materiallar təqdim edilməklə müxtəlif xidmət sahələri üzə kiçik ailə bizneslərini formalaşdırıblar. Yaradılan fərdi təsərrüfatlar ailə əməyinə əsaslanmaqla, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna, öz zəhmətləri ilə gəlirlərini artırmalarına şərait yaradıb.

Qeyd edək ki, ümumilikdə, cari il oktyabrın 11-dən proqram çərçivəsində aktivlərin verilməsinə başlanılıb. Ötən bir ay ərzində verilmiş artıq 800-ə yaxın işsiz və işaxtaran şəxsin fərdi təsərrüfatlarının qurulması təmin olunub.

Hazırda bu proses davam etdirilir.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00