17 manata alıb 1 milyona satdı

17 manata alıb 1 milyona satdı
Want create site? Find Free WordPress Themes and plugins.

Londonda yerləşən “Sotheby’s” hərrac evində qeyri-adi satış baş tutub.

A24.Az axsam.az-a istinadən xəbər verir ki, adı açıqlanmayan bir qadın 1980-cı illərdə bazarından sadə hesab edib aldığı bir üzüyə 10 dollar (təxminən 17 manat) pul ödəyib.

İllərlə üzüyün kostyum dekorasiyasının bir hissəsi olduğu zənn edilib. İllər sonra sahibi onu zərgərə göstərmək qərarına gəlib.

Onun həqiqi dəyəri də məhz bu zaman ortaya çıxıb. Üzüyün üzərindəki briliyantın 26 karat olduğu, xüsusi rəngi və cizgiləri ilə fərqləndiyi məlum olub.

Bundan sonra xanım 1800-cü illərə aid olduğu ethimal edilən üzüyü satmaq qərarına gəlib. İlkin qiyməti 250-350 min funt sterlinq (551-771 min manat) olan zinət əşyasının hərracda qiyməti 656-750 min funt sterlinqə (təqribən 1 milyon AZN) kimi qalxıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar