18 yaşdan aşağı şəxslərə lotoreya qadağası - VİDEO

18 yaşdan aşağı şəxslərə lotoreya qadağası – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda 18 yaşına çatmamış şəxslərin lotereya oyunlarında iştirakı qadağan oluna bilər.

a24.az” Xəzər TV-yə istinadən bildirir ki, “Lotereyalar haqqında” qanuna Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təklif olunan dəyişikliklər Milli Məclisdə qəbul olunarsa, 18 yaşdan aşağı uşaqlar lotereya oyunlarında iştirak edə bilməyəcəklər.

Dəyişikliklərdə sabit əmsallı lotereyalar, audio və tele-lotereyalar, həmçinin elektron lotereyalar yeni qaydalarla tənzimlənməsi təklif olunur. Lotereya satışında yeni qaydalara riayət olunub-olunmamasına Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzarət edəcək.

Sözügedən qadağa bəzi stimullaşdırıcı lotereyalara şamil edilməyəcək. Söhbət əsasən iri mağazalarda alış-veriş edən zaman təqdim olunan uduşlu kuponlardan gedir. Lakin belə lotereyaların müvafiq icra hakimiyyəti orqanları tərəfindən tənzimlənməsi təklif olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar