19 dərəcə isti gözlənilir - HAVA PROQNOZU

19 dərəcə isti gözlənilir – HAVA PROQNOZU
Want create site? Find Free WordPress Themes and plugins.

“A24.az” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakı və Abşeron yarımadasında noyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər zəif duman olacaq, yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 6-10, gündüz 14-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 5-də əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin iolacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 14-19, dağlarda gecə 0-5 , gündüz 10-15 dərəcə isti olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar