20 ildir dərs keçən 80 müəllimin diplomu saxta çıxdı 

20 ildir dərs keçən 80 müəllimin diplomu saxta çıxdı
Want create site? Find Free WordPress Themes and plugins.
“23 ildir, ibtidai siniflərə dərs deyirəm. İndi diplomumun dövlət nümunəli olmadığı üçün təhsil verə bilməyəcəyimi deyirlər”.
A24.Az  xəbər verir ki, bu sözləri Cəlilabad rayonunun Sərhədabad kənd orta məktəbinin müəllimi Aybəniz Əmirova “Qafqazinfo”ya şikayətində deyib. O bildirib ki, hazırda rayonda 80-dən çox müəllim onunla eyni taleyi yaşayır. Həmkarları ilə birlikdə məhkəməyə müraciət edib işə bərpa edilsələr də, dekabr ayından yenidən işdən çıxarılıblar:
“Biz Elmlər Akademiyasının nəzdindəki Günəş Assosiasiyasının Cəlilabad rayon qızlar kollecində təhsil almışıq. Hazırda diplomların dövlət nümunəli olmadığı üçün işləyə bilməyəcəyimizi deyirlər. Kollec 8 il fəaliyyət göstərib və hər il 30 məzun verib. Bu hazırda 200-dən çox müəllimin işsiz qalması deməkdir. Bütün sənədlərimiz əlimizdədədir. Bu günə qədər nazirliyin təşkil etdiyi bütün təlimlərdə, imtahanlarda iştirak etmişəm. Diaqnostik qiymətləndirmə imtahanı vermişəm. İndi deyirlər ki, nazirlik bütün nəticələrimizi ləğv edib. Aramızda yüksək titul qazanmış müəllimlər var”.
Müəllimlər Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli ilə də görüşüb. Millət vəkili məsələnin müzakirə edildiyini və müəyyən güzəştlərin oluna biləcəyini bildirib.
Məsələylə bağlı Təhsil Nazirliyinə sorğu göndərsək də, hələ ki, sözügedən mövzu ilə bağlı qurum mövqeyini açıqlamayıb.
Xatırladaq ki, Təhsil Nazirliyinin aparat rəhbəri Fariz Rzayev bir neçə ay əvvəl verdiyi açıqlamasında 1000-ə yaxın müəllimin təhsil sənədinin dövlət nümunəli olmadığını bildirmişdi.
(Mənbə: Azxeber.com) 
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar