2016-cı ilin ən yaxşı filmləri - ARAŞDIRMA

2016-cı ilin ən yaxşı filmləri – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur “Time” jurnalı ilin ən yaxşı filmlərini bir araya toplayıb.

A24.az xəbər verir ki, onların içərisində “Qızıl Kürə” və “Oskar”a namizəd olaraq göstərilənlər də var.

10. The Shallows (Qaranlıq Sular)

“Karib dənizinin quldurları” filmi ilə ulduzu parlayan Oscar Jaenada, Gossip Gölün və Blake Livelynin baş rolları paylaşdığı film Nancinin tək başına sörf edərkən köpəkbalığına yaxalanması ilə uzaq bir sahildə çarəsiz qalmasında danışır.  Filmin təqdimatı üçü bu sözlərdən istifadə olunur: “Bir film üçün ehtiyacınız olan tək şey bir qız və köpəkbalığıdır”.

sha

9. Everybody Wants Some!! (hər kəs biraz istəyir!!)

Rejissorluğunu və ssenari müəllifliyini Riçard Linklaterinin üstləndiyi film universitet tələbəsi olan bir beyzbol qrupunun hekayəsindən danışır. Gənclik arzularını ortaya qoyan komedia filmidir.

some

 

8. La La Land (Sevgililər şəhəri!)

Musiqili komediya janrında “Ən yaxşı film”, “ən yaxşı qadın aktrisa”, “ən yaxşı kişi aktyor” naminasiyalarında “Qızıl Kürə” mükafatına namizəd göstərilən film Nyu-York film tənqidçiləri birliyindən “ən yaxşı film” mükafatını alıb. “Whiplash” filmi ilə tanınan rejissor Damien Chazellenin baş rollarında Ryan Gosling və Ryan Goslingnin olduğu musiqili komediyası həyatlarının istiqamətini tapmağa çalışan Sebastian və Mianın eşqindən danışır.

la-la

7. “Tower” (qala)

1966-cı ildə Texas universitetində  16 nəfərin saat qülləsində oturan silahlı bir nəfər tərəfindən öldürülməsindən danışan film arxiv görüntüləri, hadisə şahidləri və animasiyalar ilə real hadisələri canlandırır.

qala

6. Manchester by the Sea (Yaşayışın sahilində)

“Ən yaxşı film”, “ən yaxşı kişi aktyor”, “ən yaxşı dublyor xanım aktrisa”, “ən yaxşı rejissor”, “ən yaxşı ssenari” naminasiyalarında “Qızıl Kürə”yə namizəd olan film tanınmış simaları ilə diqqət çəkir. Filmdə Lee Chandler santexnika, elektrik mühəndisi, qapıçılıq kimi sıradan işləri görən, bir otaqlı evdə yaşayan yalnız bir insandır. Doğulub böyüdüyü ancaq tez-tez ziyarət etmədiyi kənddən bir gün təcili telefon zəngi alır. Ürək xəstəsi qardaşı xəstəxanaya aparılıb və vəziyyəti ciddidir. Lee başında min bir sualla xəstəxanaya gedir, ancaq onu gözləyənlər heç də yaxşı xəbərlər deyil.

lee

5. Silence (Sükut)

Martin Scorsesenin rejissorluq etdiyi film XVII əsrdə yaşayan iki rahibin qarşılaşdığı şiddətdən, təzyiqlərdən və Yaponiyaya etdikləri səfərdən bəhs edir. Shusaku Endonun romanının əsasında çəkilmiş film böyük reytinqlər qazanıb.

rahib

4. Elle (O Qadın)

Baş rolda oynayan İsabelle Huppert Parisdə öz evində təcavüzə uğrayan üst səviyyəli bir qadını canlandırır. Filmdə Miçel adlanan bu xarakterin əsas məqsədi ona təcavüz etmiş şəxsi tapmaqdır. Axtarış zamanla həm özü həm də təcavüzkar üçün hər an idarəetmədən çıxa biləcək bir siçan-pişik oyununa dönüb.

elle

3. Loving (sevgi)

Michael Shannon, Joel Edgerton, Marton Csokas və Ruth Negga kimi qrupun yer adığı film irqlərarası evlilik etmiş bir cütlükdən danışır. Loving cütlüyü 1958-ci ildə evləndiklərinə görə, Virciniya həbsxanasına məhkum olunurlar. Çünki həmin illərdə irqlərarası evlilik qadağan idi.

loving

2. Paterson

Adam Driverin canlandırdığı Paterson avtobus sürücüsü olan, küçələri gəzən və təsirli şeirlər yazan biridir. Sevgilisi Laura isə sadə həyat yaşayan hüzurlu biridir. Laura bütün günü evdə keçən həyatını daha maraqlı keçirmək üçün axtarışlara başlayır. Cütlük fərqli xarakterlərə mənsub olsalar da xoşbəxt həyat yaşayırlar.

paterson

1. Moonlight (Ay İşığı)

“Ən yaxşı dublor kişi aktyor”, “Ən yaxşı dublyor qadın aktrisa”, “ən yaxşı rejissor”, “ən yaxşı ssenari”, “ən yaxşı film musiqisi”, naminasiyalarında Qızıl Kürə namizədi olan, azad film dünyasının ən yaxşılarının mükafatlandırıldığı “Gotham  mükafatları”nda  ən yaxşı film seçilib. İnsan münasibətləri və insanın özünün kəşfetməsi haqqında zamansız film olan Moonlight gənc qaradərili oğlanın uşaqlığından yetişginliyinə kimi Mayaminin qorxulu bir məhəlləsində, həyatda özünə doğru yer tapmaq mübarizəsini və həyat hekayəsindən danışır.

moon

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Araşdırma, Eksklüziv, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar