2017-ci ildə istehsalı dayandırılacaq avtomobillər – ARAŞDIRMA

2017-ci avtomobil dünyası üçün çox həyəcanverici olacaq.

A24.az xəbər verir ki, cari ildə Toyota Supra, Honda Civic Type R və digər bu tipli avtomobillər bazara çıxarılacaq. 2017-ci ildə 17 avtomobilin satışı tamamilə dayandırılacaq:

“DB9” on ilə yaxın bir zamandır ki, “Aston Martin” markasının ən üst modeli olub. 5.9 litrlik avosferik V12 həqiqi bir sənət əsəridir və zamana meydan oxuyur, anaq “DB9” bu ildən “DB11” modeli ilə birlikdə bazardan qalxacaq.

a1

“BMW Z4″ün istehsalından 13 il keçib. “Z3″ün yerini alan modeldə tamamilə yeni bir platforma, daha modern bir dizayn və 336 bg-lik V6 matoru kimi həyəcanverici bir çox xüsusiyyətlər var. Şirkətin “Toyota” ilə birlikdə yaratdığı yeni model “Z4″ün sonu olacaq.

a2

“Volkswagen Eos”  markanın ən az satılan modelidir. 9 illik istehsal müddətində sonra ixracı dayandırılacaq.

a3

“Scion’da tC modeli”nin istehsalı 2017-c ildə olmayacaq. FR-S (GT86) və iM (Corolla) kimi9 modellərin Toyotada qarşılığı olsa da TC-nin qarşılığı olmadığına görə bazarda daha görə bilməyəcəyik.

a4

Lincoln Motor Company yenidən istehsala başlamağa çalışır. Yeni Continentalın uğurlu olmasından sonra firma daha az məşhur modellərin istehsalını dayandırmağı düşünür. Bu da MKS-nin ortadan qalxacağı deməkdir.

a5

Land Roverin “Doscovery 4” ün istehsalını dayandırması doğru addımdır. Hər nə qədər uğurlu olsa da özündən daha lüks olan Range Rover modellərinin sürətinə çata bilmir. Yeni Discoverin təqdimatından sonra  Discoçoxsaylı xüsusiyyətlərdə ondan geridə qalıb.

a6

Jeep-in Patriot modeli ilə yollarını ayırmaq vaxtı gəlib çatıb. Pis işçilik səviyyəsi və yavaş gedən satışlar 10 ildir Compass ilə birlikdə Jeep-in ən zəif halqalarındandır.

a7

Köhnə  “Hyundai Genesis” sedan Genesis G80 olaraq satılır. “Genesis Coupe”nin gəlcəyinin nə olacağı hələlik bilinmir.

a8

“Dodge” markası 24 ilin ardınca Viper modelinin istehsalını dayandıracaq. 8.4 litrlik V10, 640 Hp gücündə olan mator da avtomobillə birlikdə aradan qalxacaq.

a9

“Cadillac SRX”in yerinə XT5 gəlir. Cadillacın orta sinif lüks modeli 13 illik  istehsal müddətində CTS və ATS kimi özündən daha yeni avtomobillərdən daha çox satılıb. 2015-ci ildə 68.000 ədəd satılıb.

a10

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR