2019-cu il Avropa Yeniyetmələrinin Olimpiya Festivalı Bakıda keçiriləcək

2019-cu il Avropa Yeniyetmələrinin Olimpiya Festivalı Bakıda keçiriləcək
Want create site? Find Free WordPress Themes and plugins.

2019-cu il Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Bakıda keçiriləcək.

A24.Az xəbər verir ki, bu barədə Azərbaycan paytaxtında səfərdə olan Avropa Olimpiya Komitələrinin (EOC) müvəqqəti prezidenti Yanes Kosyançiç açıqlama verib.

O bildirib ki, EYOF-un 50 ölkədən təxminən 4 000 iştirakçısı olacaq. Lakin Y.Kosyançiç hələ rəsmi müqavilənin imzalanmadığını əlavə edib.

EOC İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə müqavilənin yanvarın 26-da İsveçrədə keçiriləcək toplantı zamanı imzalanacağını açıqlayıb.

Qeyd edək ki, EYOF 16 – 18 yaşlı idmançılar arasında təşkil olunur. Bu il Macarıstanda keçiriləcək tədbir festivalın 25 illlik yubileyinə təsadüf edəcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar