25 gün əvvəl evdən qaçan bir uşaq anası TAPILDI - Əri isə...

25 gün əvvəl evdən qaçan bir uşaq anası TAPILDI – Əri isə…
Want create site? Find Free WordPress Themes and plugins.
Göyçay rayonunda ötən ay evdən çıxaraq qayıtmayan ailəli qadın tapılıb.
A24.az  xəbər verir nki, rayon sakini, 1982-ci il təvəllüdlü Məmmədov Rüfət Rasim oğlu APA-nın yerli bürosuna bildirib ki, həyat yoldaşı, 1989-cu il təvəllüdlü Lətifova Türkan Vaqif qızı yanvarın 18-də yaşadığı Göyçay şəhərinin M.S.Ordubadi küçəsindəki 19 saylı mənzildən çıxaraq geri qayıtmayıb.
Rüfət Məmmədov bu barədə Göyçay rayon Polis Şöbəsinə məlumat verib. Türkan Lətifova itkin düşmüş şəxs kimi qeydiyyata alıb və onun axtarışına başlanılıb. O, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakıda, Qara Qarayev metro stansiyasının yaxınlığındakı mağazalardan birində tapılıb. Türkan Lətifova Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə həyat yoldaşı Rüfət Məmmədovla görüşdürülüb. Oğuz rayonu Bayan kənd sakini, bir uşaq anası Türkan Lətifova verdiyi izahatda Rüfət Məmmədovla ötən il ailə həyatı qurduğunu, evdə heç bir söz-söhbət olmadığını, mehriban yaşadıqlarını, şəkərli diabet xəstəsi olduğu üçün onu müalicə etdirdiyini bildirib. Türkan xəstəliyi ilə əlaqədar Rüfətə çox əziyyət verdiyini və ona yaxşı həyat yoldaşı ola bilmədiyini əsas gətirərək evdən getdiyini qeyd edib. Rüfət evi tərk edən Türkanı qəbul etməyib və onu öz anasına təhvil verib.
Rüfət Məmmədov rayonda avtoyuma məntəqəsində çalışdığını deyib: “Yanvarın 18-də nahar vaxtı Türkan Lətifovanın mənə zəng etdi ki, evdə yeməyimi hazırlayıb. Getdim, Türkan məktub yazaraq evdən ayrılmışdı. Məktubda “Rüfət səni sevirəm, amma gedirəm” sözlərini yazmışdı”.
Faktla bağlı araşdırma aparılır.
Unikal.org//
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar