3 diplomlu mingəçevirli qızın qeyri-adi həyatı - VİDEO

3 diplomlu mingəçevirli qızın qeyri-adi həyatı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Jalə Bünyatova 3 diplomu olsa da, tərəkəmə həyatını seçib.

A24.Az xəbər verir ki, Jalə Bünyatova Mingəçevirdə doğulsa da, bu gün tərəkəmə ailəsinin üzvüdür.

Jalə deyir ki, indi əksər şəhər qızları müasirlikdən uzaq olan aləmə uyğunlaşmaqda çətinlik çəkirlər, amma o, bunun öhdəsindən gəlib.

Jalə Bünyatova – tərəkəmə: “Buraya özüm könüllü olaraq gəlmişəm. Şəhər mühitində olan insan olsam da, buraya gəldim ki, bu həyatı öyrənim. Mənə görə, çətin olmadı. Hər şey insanın öz əlindədir. Bir işi bacarmalıyam deyirsənsə, o işi bacaracaqsan. Bu işdən qorxum və ya çəkinim söhbəti yoxdur”.

Tərəkəmə qadınlarının gördükləri işləri öyrənmək də şəhərli qız üçün çətin olmayıb. Asanlıqla bütün ağır məişət işlərini öyrənib. Şəhərdə yaşayarkən marketlərdən almağa adət etdiyi çörəyi indi özü bişirmək qabiliyyətindədir. Amma hələlik qaynanası Cəmilə Bünyatovaya yardım edir. Ali təhsilli olsa da o, şəhərdə yaşamaq istəməyib. Şəhərin səs-küyündən çıxaraq tərəkəmə həyatını seçib.

Jalə Bünyatova: “Gündəlik işimiz – sobanı qalayırıq, çayımızı qaynadırıq, məhləmizi süpürürük, süfrəni hazırlayırıq”.

Jalə Bünyatova deyir ki, insanın sevdikləri yanında olduqdan sonra harada yaşamasının heç bir əhəmiyyəti qalmır. Doğmalarla keçirilən hər gün məkandan asılı olmayaraq hər zaman xoş xatirələrlə yadda qalır./ARB TV/

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar