3 mindən çox şəxsin ölkədən getmək hüququ məhdudlaşdırıldı

3 mindən çox şəxsin ölkədən getmək hüququ məhdudlaşdırıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Ədliyyə nazirinin müavini Vilayət Zahirovun iştirakı ilə ədliyyə qurumlarında – icra, habelə notariat və qeydiyyat baş idarələrində iclas keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “a24.az”a verilən məlumata görə, iclasda qeyd olunub ki, ötən il icra işlərinin sayının artaraq təxminən 300 minə çatmasına baxmayaraq, görülmüş tədbirlər nəticəsində onların 70 faizinin icrası təmin edilib, qalanları üzrə isə işlər davam etdirilir.

Bu zaman məhkəmə qərarlarının icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 3406 borclu şəxs inzibati məsuliyyətə cəlb olunub, həmçinin 204-ü barəsində cinayət işi başlanılıb, 3121 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra edən 930 şəxs barəsində belə məhdudiyyət götürülüb. İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği artaraq ötən ildə 113 milyon manatdan çox təşkil edib.

Bakı və Sumqayıt şəhərlərinin və ətraf rayonların icra qurumları rəhbərlərinin, nazirliyin istintaq və digər aidiyyəti qurumlarının iştirakı ilə keçirilmiş müşavirədə həmçinin, mövcud problemlər və çatışmazlıqlar, o cümlədən icra məmurları tərəfindən əmək və icra intizamının, etik davranış qaydalarının pozulması halları, icra tədbirlərinin vaxtında həyata keçirilmədiyi, süründürülməsi və bunun da vətəndaşların haqlı narazılığına səbəb olduğu qeyd olunaraq bildirilib ki, xidmətin 42 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 4 nəfər ədliyyə orqanlarından xaric olunub.

Tədbirdə icra məmurları tərəfindən vətəndaşlara qayğılı münasibət göstərilməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, məsuliyyət hissinin artırılması, qulluqla bir araya sığmayan hərəkətlərin aradan qaldırılmasına dair qəti tapşırıqlar verilib.

Eyni zamanda, qeydiyyat və notariat sahəsi ilə bağlı işlər müzakirə olunarkən bildirilib ki, ötən il 3.8 milyondan çox notariat hərəkəti, 366 minə yaxın isə vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Həmçinin, əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi, onların sayının artırılması diqqət mərkəzində saxlanılaraq qeyri-hökumət təşkilatları üçün “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin istifadəyə verilməsi qeyd olunub, qeyri-kommersiya təşkilatlarının sayının 4.000-i ötməsi, KİV-in sayının isə 5.000-ə çatması vurğulanıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hesabat
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar