3 qız anası olan azərbaycanlı qadının İSTANBUL FACİƏSİ - FOTO

3 qız anası olan azərbaycanlı qadının İSTANBUL FACİƏSİ – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

1997-ci ildən Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı qadın Nərminə Musayevanın köməyə ehtiyacı var. 16 ildir şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkən N.Musayeva bu il mart ayında infakt keçirəndən sonra vəziyyəti daha da ağırlaşıb.

Bu barədə Publika.az-a Nərminə Musayeva özü məlumat verib.

Həyat yoldaşının 3 qızı ilə tək qoyduğu qadın N.Musayeva illərlə işləyib, uşaqlarına baxsa da, bu gün vəziyyəti çətinləşib.

“Şəkər göz, böyrəklə ürəyimi sıradan çıxartdığına və infarkt keçirtdiyimə iki ildir işləyə bilmirəm. Ölənə qədər müalicə edilməliyəm. Yataq xəstəsiyəm. Həm risk yaşındayam, həm də xəstəliklər ağır mərhələdədir. Son iki ildə istər Azərbaycanda, istərsə də Türkiyədəki təşkilatlara, konsulluğa dəfələrlə müraciət etmişəm. Amma onların heç birindən müsbət cavab ala bilməmişəm. Hamısı pulunun olmadığını deyir. Mənim haqqımda sosial şəbəkədə də yazılar verilib. Bu müddət ərzində Belçikada yaşayan bir azərbaycanlı Ramin Cəfərov pul göndərdi. Elbrus Hidayətov adlı biri bir aylıq kirayə pulunu verərək, 150 milyon türk lirəsi və yemək göndərib. Bir nəfər də İstanbulda ofisiant işləyən gənc oğlan qida yardımı edib.

Bütün sənədlərimi bələdiyyəyə vermişəm. Onlar sağ olsunlar makaron, yağ, düyü, çay kimi ərzaqları verirlər. Ən azından ac qalmır uşaqlarım. Böyük qızım bu il universitetə qəbul imtahanı verdi, ikinci qızım 10-cu sinifdə oxuyur, üçüncü qızım 9-cu sinifdədir. Bu il mənə qulluq etdiyinə görə məktəbə gedə bilməyib. Sinifdə saxlayıblar. Qızlarımın işçi vəsiqəsi olmadığına görə işləyə bilmirlər”.

N.Musayeva vəziyyəti çətin olsa da, Azərbaycana da qayıda bilmədiyini deyir: “Çünki orada heç nəyim yoxdur. Yaşlı atam anam var, qardaşım 2010-cu ildə rəhmətə gedib. Anam xərçəng xəstəsidir. Yəni ora gəlsəm belə, xəstəliyimin müalicəsinə dəstək olacaq yaxınım yoxdur. Həm də qızlarım burada təhsil alıb. Bir istəyim var ki, müalicəmə kömək edilsin. 16-17 dərman qəbul etməliyəm, amma birini də ala bilmirəm. Nəfəs ala bilmirəm, gözlərim 87 faiz görmür. Eynəkdən əlavə lupa ilə baxıram. Müalicə edilsəm, işləyib qızlarıma da özüm baxaram. Necə ki, bu vaxta qədər baxmışam, onları atasız olsalar da, heç kimə möhtac etməmişəm.

Ölüm haqdır, heç ölməkdən qorxmuram. Tək qorxum, narahatlığım məndən sonra qızlarımın tək qalmasıdır. Ataları onları qoyub gedib, bir dəfə də olsun maraqlanmayıb. İndi də mən onları tək qoymaq istəmirəm. Ömür boyu onlara halal çörək yedizdirmişəm, doğru tərbiyə etmişəm. Son iki ilə qədər işləyib uşaqlarıma baxmışam, lüks həyat yaşamırdıq, amma 3 qızımı heç kimə möhtac etməmişəm.

İndi də xeyirxah insanların köməyinə ehtiyacım var. Bəlkə də, bu müqəddəs ayda kimsə kömək etmək istəyər. Kömək etməsələr belə, heç kimdən inciməyə haqqım yoxdur. Çünki heç kim buna məcbur deyil. Kömək etmək istəyənlərə də minnətdar olaram. Bir azərbaycanlı anası ölümə tərk edilib elə düşünün”.

Bank hesabı Nərminə xanımın qızının adınadır. Çünki Nərminə Musayeva xəstəliyi səbəbindən evdən çıxa bilmir.

N.Musayevaya yardım etmək istəyənlər üçün bank hesabı:

Türkiye İş Bankası iban no TR 610006400000114840006650 (Kübra Təhməzli adına)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar