"3 valideynli" uşaqların doğulmasına icazə verildi

“3 valideynli” uşaqların doğulmasına icazə verildi
Want create site? Find Free WordPress Themes and plugins.

İngiltərə iki ana və bir atadan ibarət olacaq süni mayalanma ilə uşaqların doğulmasına razılıq verilib.

“A24.az”ın əldə etdiyi məlumata görə, böyük müzakirələrə səbəb olan bu qərar uşaqların ölümcül genetik xəstəliklərlə doğulmasının qarşısını almaq məqsədi güdür.

“3 valideynli” ilk uşağın 2017-ci ilin sonunda doğulması gözlənilir. Müalicəsi olmayan mitokondriyal xəstəliklərə görə, övladlarını itirən ailələr isə bu tarixi addımın həyata keçməsini gözləyir. Bu cür xəstəliklər isə yalnız ana vasitəsi ilə uşağa keçir. Beləliklə, texnologiyanın inkişafı nəticəsində donordan alınacaq yumurta ananın yumurtası və atanın sperması ilə, yəni 3 nəfərdən sağlam bir uşaq dünyaya gələcək. Sağlam hüceyrələrin isə donordan alınması gözlənilir. Ananın xəstəlik daşıyıcısı olan mitokondrileri donordan alınan sağlam mitokondrilerlə dəyişdirilir. Bu birləşim nəticəsində dünyaya gələn uşaqda öz ana və atasının DNT-si ilə birlikdə donorun DNT-si də olacaq.

Bu cür mayalanmanı həyata keçirəcək xəstəxana artıq donor axtarışına başlayıb və hər il 25 cütlüyə kömək etməyi qarşısına məqsəd qoyub. Hətta xəstəxana bütün maddi ödənişləri də özünün edəcəyini açıqlayıb.

Qeyd edək ki, mitokondriyal xəstəliklər hər hüceyrədə olan və qidanı enerjiyə çevirən mitokondrilərin qüsurlu olmasına səbəb olur. Odur ki, hər 4300 uşaqdan biri əzələ zəifliyi, qavrama çətinliyi, diabet, ürək və ciyər çatışmazlığı kimi ölümcül ola biləcək simpomlarla dünyaya gəlir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs