30 İyununda keçirilən imtahan nəticələri məlum oldu

30 İyununda keçirilən imtahan nəticələri məlum oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da keçirilən dövlət qulluğuna qəbul üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxslərin nəticələri barədə məlumat yayıb.

DİM-dən A24.Az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 1231-i ali təhsil müəssisələrinə qəbul olunub. Bu şəxslərdən 492-si imtahandan uğurla keçib.

İmtahanlarda toplanan bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri barədə məlumatı DİM-in internet səhifəsindən əldə etmək mümkündür. 301-400, 401-500, 501-600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 35,4 faizi, 50,5 faizi, 48,7 faizi, 56,3 faizi test imtahanından uğurla keçib. Əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur.

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 145 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmayıb. Onlardan yalnız 16 nəfər (11.0%) imtahanda uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən 4 nəfər xaricdə yerləşən təhsil müəssisələrini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar