355 kq narkotik tutulub

355 kq narkotik tutulub
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət Gömrük Komitəsində 2014-cü ilin yekunları ilə bağlı Kollegiya iclası və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr olunan mərasim keçirilib.

Komitədən “a24.az”a  verilən məlumata görə, iclasda çıxış edən DGK sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib ki, 2014-cü ildə ölkəmizdə qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunub, iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının, investisiya layihələrinin reallaşdırılması, makroiqtisadi sabitliyin qorunması, əhalinin sosial rifahının yüksəlməsi təmin edilib.

Hesabat məruzəsi ilə çıxış edən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi 2014-cü ildə nəzərdə tutulan 1 milyard 510,0 milyon manat illik büdcə proqnozuna qarşı 1 milyard 510,76 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 100,05 % əməl edib: “ 2014-cü ildə Azərbaycan gömrüyü iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması istiqamətində qətiyyətli mübarizə aparıb. Gömrük orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində 10811 hüquqpozma faktı aşkar edilib ki, bundan 424-ü cinayət xarakterli faktlar olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən il 158 fakt akşar edilib. Bu faktlar üzrə ümumilikdə 178 kq 369 qramdan çox narkotik vasitə və psixotrop maddə, o cümlədən, 35 kq 926 qram tiryək, 27 kq 037 qram marixuana, 38 kq 454 qram həşiş, 76 kq 669 qram heroin, 56,9 qram metadon, 221,4 qram metamfetamin, 10 konvalyut diazepam, 30 ədəd alprazolam, 1,4 qram fenobarbital, 110 flakon və 10 konvalyut klonazepam, 20 konvalyut xlordiazepoksid və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 185 nəfər barəsində müvafiq tədbirlər görülüb”.

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, DGK Audit və Risk Analizləri İdarəsinin rəisi, gömrük xidməti polkovniki Faiq Seyidov, Tovuz Gömrük İdarəsinin sədri, gömrük xidməti polkovniki Mehman Sadiqov, Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov və DGK Hüquq şöbəsinin rəisi, gömrük xidməti polkovniki Sənan Muxtarov çıxış edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.

Daha sonra DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Şahin Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2015-ci il üçün iş planı barədə məlumat verib və sənəd təsdiq olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hesabat

Müzakirə

A24.Az