4 milyonluq əhali Bakıya sığacaqmı? DÖVLƏT KOMİTƏSİ AÇIQLADI - EKSKLÜZİV

4 milyonluq əhali Bakıya sığacaqmı? DÖVLƏT KOMİTƏSİ AÇIQLADI- EKSKLÜZİV
Want create site? Find Free WordPress Themes and plugins.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov mətbuata açıqlamasında, paytaxt Bakıda əhali sayının 2035-ci ilə qədər 4 milyon nəfərə çatacağını bildirib.

Əhalinin sayı bu qədər artacaqsa, yaşayış yerlərinin, avtomobillərin, yeni iş yerlərinin sayı da öz növbəsində artacaqdır. Tikililərin, avtomobillərin və.s yaşam üçün lazım olan digər vasitələrin artımına Abşeron yarmadası tab gətirə biləcəkmi? Yeni hazırlanmış Bakı şəhərinin Baş Planında bu artımı qarşılaya biləcək, hansı tədbirlər nəzərdə tutulub?

A24.Az məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi sorğu göndərib.

Dövlət Komitəsi şəhərsalma şöbəsinin müdiri Anar Bayramov sorğumuza cavaba olaraq bildirib ki, gələcək layihələr üçün sadalalan bu halların hamısı nəzərə alınıb:

“Ərazi planlaşdırılması sənədləri, o cümlədən baş plan layihəs ərizənin, əhalinin, mənzil fondunun, əhaliyə mədəni məişət xidməti müəssisələrinin, nəqliyyatın, mühəndis təminatı və abadşaldırma, ətraf mühitin mühafizəsi kimi texniki-iqtisadi göstəricilər əsas götürüləcək işlənilir. Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planında qeyd olunan suallar öz əksini tapıb”, – deyə komitədən bildirilib.

Böyük Bakının Regional İnkişaf Planındakı, Məxsusi Bakının Ərazidən İstifadə və Zonalaşdırma Planı:

Məxsusi Bakının Ərazidən İstifadə və Zonalaşdırma Planındakı, əhalinin tətbiq olunan ərazi üzrə paylanması qrafiki:

Orxan Aslanlı, A24.Az

 

 

 

 

 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar