4 sərnişinin üstündən keçən avtomobilin görüntüləri yayıldı- FOTO 

4 sərnişinin üstündən keçən avtomobilin görüntüləri yayıldı- FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

İyunun 8-də Bakıda avtobus dayanacağındakı dörd sərnişini vuran avtomobilin fotoları yayılıb.

A24.Az xəbər verir ki,  səhər saatlarında Heydər Əliyev prospektinin Suraxanıdan keçən hissəsində sürətlə avtobus dayanacağına toplaşmış insanlara çırpılan “Nissan Qashgai” markalı 99 CH 185 dövlət nömrə nişanlı avtomobilin vəziyyəti qəzanın nə qədər dəhşətli olduğunu göstərir.

Bu arada, qəza nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilən, 1978-ci il təvəllüdlü Tahirə Mahruzova orada ölüb. Qəzada yaralanan fotoqraf Azər Həmzəyev isə koma vəziyyətindədir. Yaxınları ona təcili olaraq müsbət 4 resurslu qan köçürülməli olduğunu bildiriblər və yardım istəyiblər. Qəzada yaralanan digər 2 nəfərin də vəziyyəti ağır qiymətləndirilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar