42 milyon uşaq piylənmədən əziyyət çəkir

42 milyon uşaq piylənmədən əziyyət çəkir
Want create site? Find Free WordPress Themes and plugins.

Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin 136-cı sessiyası öz işinə başlayıb. 

Səhiyyə Nazirliyindən “a24.az”a verilən xəbərə görə, sessiyanda Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edir.

Tədbirin gündəliyinə ÜST islahatları, Avropa Sağlamlığı 2020 konsepsiyasının təqdimatı, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri, Avropa səhiyyəsində prioritetlər, Avropada ÜST ofislərində kadr islahatları, beynəlxalq təşkilatlarla əməkdaşlıq, anaların, südəmər və azyaşlı uşaqların qidalanması, zorakılıq və onun sağlamlıq üçün nəticələri daxil edilib. Sessiyada bir sıra sənədlər ətraf mühitin insanın əhval-ruhiyyəsinə təsirinə həsr edilib.

Baxılması üçün iclas iştirakçılarına təqdim olunan məruzələrdən birində havanın çirklənməsi ilə sağlamlıq arasındakı əlaqə barədə informasiya yer alıb, xoşagəlməz nəticələrin yumşaldılması strategiyası təsvir olunub. ÜST ekspertlərinin hesablamalarına görə, dünyada xəstəlik və ölüm halları səbəblərindən biri havanın çirklənməsidir. İldə təqribən 4,3 milyon ölüm faktı məişət şəraiti – otaqlarda havanın çirklənməsi, 3,7 milyon ölüm faktı isə açıq havanın çirklənməsi ilə bağladır.

Sessiyanın daha bir sənədində körpələr, uşaqlar və yeniyetmələr arasında yayılmış piylənmə problemi əks olunub. Piylənmədən əziyyət çəkən uşaqların sayı dünya üzrə artaraq, 1990-cı ildə 31 milyon nəfərdən 2014-cü ildə 42 milyon nəfərə çatıb. Ekspertlər bildirirlər ki, uşaqlar arasında piylənmə təhlükəli xəstəliklərin, o cümlədən diabet və ürək xəstəliklərinin vaxtından əvvəl inkişafına səbəb olur.

ÜST-nin İcraiyyə Komitəsinin sessiyası fevralın 3-dək davam edəcək. Sessiya iştirakçıları ana və uşaq ölümü problemini, vaksinasiya, habelə qlobal miqyasda epilepsiya və uşaqlar arasında piylənmə məsələlərini müzakirə edəcəklər. ÜST-nin İcraiyyə Komitəsinə qurumun üzvü olan ölkələrin 34 eksperti daxildir. Onlar 3 il müddətinə seçilir. İcraiyyə Komitəsinin əsas funksiyaları Ümumdünya Səhiyyə Assambleyasının qərarlarının işlənib hazırlanması və yerinə yetirilməsidir. Sessiyada may ayına nəzərdə tutulan ÜST Assambleyasının gündəliyi razılaşdırılacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar