5 yaşlı azərbaycanlı rekord qırıb

5 yaşlı azərbaycanlı rekord qırıb
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan şahmat tarixində 5 yaşlı uşaq yeni rekorda imza atıb.

A24.Az Trend-ə istinadən xəbər verir ki,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.

P.Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb.

“Ağ Top” Şahmat Klubunun yetirməsi olan P.Əlizadə diplom və mükafatla təltif edilib.

Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilib.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar