6 günlük körpənin öldürülməsi ilə bağlı ilkin ARAŞDIRMAnın nəticələri

6 günlük körpənin öldürülməsi ilə bağlı ilkin ARAŞDIRMAnın nəticələri
Want create site? Find Free WordPress Themes and plugins.

A24.Az report-a istinadən xəbər verir ki, həyətdəki su quyusuna atılaraq boğulan körpənin bu gün altıaxşam şadlıq məclisi olmalı imiş. Belə ki, ailə üzvləri lənkəranlı olsalar da Bakıda yaşayırlar. Lənkərana da digər yaxın qohumlarla birlikdə gəliblər.

Ümumiyyətlə, hadisə baş verən gecə, yəni 29 iyul tarixində evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Atifə Nuriyeva və 10-a yaxın digər yaxın qohumlar olub. Anası körpəni yedizdirdikdən sonra yuxuya getdiyi zaman beşikdən yoxa çıxan uşağın üstü taxta və daşla bağlı olan su quyusunda axtarılmasının atanın ağlına gəlməsi müəyyən şübhələr yaradır. Bu körpənin ailədə dörd ildən sonra dünyaya gələn təkrar qız övladının olması da ailədə bu qız uşağının dünyaya gəlişinə sevinməyənlərin olduğunu fikirləşməyə əsas verir. Elə bu səbəbdən də artıq bir neçə nəfər ifadəsi alınması üçün sorğuya alınıb.

Qeyd edək ki, bu körpə sərbəst güləş üzrə milli yığmamızın məşqçisi Aslan Ağayevin bacısı nəvəsidir. Körpənin atası Lənkəranın Darquba kəndindən, anası isə Astara rayonundandır.

***

Qeyd edək ki, 6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.

Hadisə səhər saatlarında baş verib. Adı hələ ki, məlum olmayan ana uşağı yedizdirdikdən sonra yatıb. Yuxudan oyandıqda isə körpəni yanında görməyib. Onunla bir otaqda qayınanasının yatdığı bildirilir. Qadının həyat yoldaşı digər otaqda yatıb.

Öldürülən körpə ailənin ikinci qız uşağı olub. Ondan böyüyünün 4 yaşı var.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar