61 yaşlı kişi canavarı boğub öldürdü - VİDEO

61 yaşlı kişi canavarı boğub öldürdü – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Canavar Salyan sakininə hücum çəkib. Müxtəlif dərəcəli xəsarətlər alan kənd sakini canavarı boğaraq öldürüb.

A24.Az-ın məlumatına görə, hadisə Salyan rayonunun Xıdırlı kəndi ərazisində baş verib. Kənd sakini 61 yaşlı Rəcəb Qədirov səhər tezdən qoyunlarını örüşdə otarmaq üçün kənddən 5-6 kilometr aralanıb. Elə bu zaman canavarın qoyunlara yaxınlaşdığını görən kənd sakini əlində ağacla onu uzaqlaşdırmaq istəyib. Bu zaman canavar qoyunlara deyil, Rəcəb Qədirovun üzərinə hücum çəkib.

Canavar yenidən hücum edərək Rəcəb Qədirovun üz nahiyyəsini dişləyərək onu yerə yıxıb. Kənd sakini xəsarət alsa da özünü itirməyib.

Rəcəb Qədirov canavarı boğub öldürdükdən sonra yaxınlıqdakı nəzarətçilərə yaxınlaşaraq dostuna zəng etmələrini xahiş edib. Nəhayət o, dostunun köməkliyi ilə Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərilərək travmatologiya şöbəsində yerləşdirilib.Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hazırda stabil olaraq qalır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


 xezerxeber.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Maraqlı, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar