63 uşaq qripdən öldü - EPİDEMİYA

63 uşaq qripdən öldü – EPİDEMİYA
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-da qrip epidemiyasından ölənlərin sayı artıb. Ölənlərin əksəriyyəti uşaqlardı.

A24.az xəbər verir ki, ölkənin 48 ştatı epidemiya təhlükəsi ilə mübarizə aparır. Artıq qripdən dünyasını dəyişən uşaqların sayı 63-ü keçib.

Ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin yaydığı məlumata görə, yanvarın 28-dən fevralın 3-nə kimi 10 uşaq qripdən dünyasını dəyişib. Qeyd edilən dövrdə bütün ölkə ərazisində həkimə hər 13 müraciətdən biri qrip simptomları ilə bağlı olub.

Epidemiya ölkənin 2 ştatı istinsa olmaqla (Oreqon və Havay), bütün ştatlarda qeydə alınıb.

Xatırladaq ki, 2014-2015-ci ilin payız-qış mövsümündə qrip simptomlarından 56 min insan ölüb. Mərkəz bu il də ölənlərin sayının artacağını proqnozlaşdırır.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar