7 hərbçimiz həlak olub? - MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA VERDİ

7 hərbçimiz həlak olub? – MÜDAFİƏ NAZİRLİYİ AÇIQLAMA VERDİ
Want create site? Find Free WordPress Themes and plugins.

“Erməni mahiyyəti növbəti dəfə özünü büruzə verdi. Ermənistan Ordusunun rəhbərliyi uğursuzluqla nəticələnən təxribat əməliyyatına haqq qazandırmaq, erməni xalqı qarşısında özünü təmizə çıxarmaq məqsədilə guya Azərbaycan tərəfinin 7 nəfər itki verməsi barədə yalan məlumat yayıb. Bu xəbərin heç bir əsası yoxdur”.

A24.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi APA- ya məlumat verib. MN-dən bir daha təsdiq ediblər ki, hadisə nəticəsində bir hərbçimiz itkin düşüb.

Qeyd edək ki, hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Ermənistan Müdafiə Nazirliyi döyüşdə 3 erməni hərbçinin öldüyünü açıqlayıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar