7000 km yol gəldilər, Bakıda velosipedləri oğurlandı – FOTO

7000 km yol gəldilər, Bakıda velosipedləri oğurlandı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

7000 km yol gəldilər və Bakıda velosipedlərini oğurladılar.

A24.az xəbər verir ki, Valentin və iki yoldaşı velosiped ilə bir ildir Fransadan başlayıb Almaniya, balkanlar, Yunanistan, Türkiyə, İraq, İran Gürcistandan keçib bir həftə əvvəl Bakıya gəliblər. Buradan Qazaxstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyirlər. Bu insanlar sadəcə elə-belə gəzmək deyil, yerli insanlarla müsahibələr götürüb, nəticədə sənədli film hazırlayırlar. Artıq əllərində 100 saatdan çox video müsahibə var imiş.

Və bilin görək Bakıda nə oldu? Valentinin velosipedini iki zəncirlə bağladığı mənim evimin balkonundan kəsib oğurladır. Bienvenue to Azerbaijan!

Velosipedini tapıb geri vermək yəqin çox çətindir, ancaq hər halda bu insanların yoluna davam etməsi üçün başqa bir velosiped alması üçün kömək etmək borcumuz var düşünürəm. Ağlımda bir neçə ideya var, Valentin və dostları indiyə kimi olan səyahətləri haqqında, müsahibələri haqda mühazirə verib diqqət çəkmək, kömək edə biləcək insanlar ilə əlaqə qurmaq, öz aramıza müəyyən məbləğı toplayıb kömək etmək, uyğun yerlərə şikayət etmək, və sairə. Başqa ideyası, kömək etmək istəyi olan varsa yazsın lütfən.

Mənbə: Gənc yazar Cəlil Cavanşir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar