72 nəfər Bəhreyn vətəndaşlığından çıxarıldı

72 nəfər Bəhreyn vətəndaşlığından çıxarıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Bəhreyn rəhbərliyi, “ölkənin maraqlarına zərər verən fəaliyyətdə olduqları” səbəbiylə 72 nəfəri vətəndaşlıqdan çıxardı.

Bəhreyn rəsmi xəbər agentliyi BNA-da yerləşən Daxili İşlər Nazirliyinin yazılı açıqlamasında, “Ölkənin təhlükəsizliyini, sabitliyini qorumaq, terrora qarşı mübarizə üçün Nazirliyin aldığı tədbirlər çərçivəsində, ‘ölkənin maraqlarına zərər verdiyi və ölkəyə bağlılıqlarını yerinə yetirmədiyi’ səbəbiylə, vətəndaşlıq qanununun 10-cu maddəsinə istinadən 72 nəfərin vətəndaşlıqdan çıxarılması üçün fərman yayınlandı” deyildi.

Bəhreyn vətəndaşlıq qanununun 10-cu maddəsinin C bəndinə uyğun olaraq ölkənin təhlükəsizliyinə zərər verəcək vəziyyətlərdə vətəndaşlıqdan çıxarılma əməliyyatı həyata keçirilə bilər.

Bəhreyn Daxili İşlər Nazirliyi, 2012-ci ilin noyabr ayında da “Dövlət təhlükəsizliyinə zərər verdikləri” səbəbiylə 31 nəfəri vətəndaşlıqdan çıxarmışdı.

AA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya

Müzakirə

A24.Az