84 yaşlı kişi oğrularla təkbaşına döyüşdü – "Qəhrəman" elan edildi - VİDEO

84 yaşlı kişi oğrularla təkbaşına döyüşdü – “Qəhrəman” elan edildi – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İrlandiyanın cənubunda mağazaya girən oğrular pulları oğurlamaq istəyib. Lakin 84 yaşlı adam oğrulara mane olub.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, oğurluq etmək üçün mağazaya girən 3 maskalı adam kassaya hücum çəkib. Oğrular əllərindəki çəkic və silahla kassanın başında oturanları qorxutmağa çalışıb. Amma onların bu səyi uğursuz olub.

Mağazada olan 84 yaşlı Denis Konnor isə oğrulara müqavimət göstərərək onları hadisə yerindən uzaqlaşdırıb. Yaşlı kişinin müdaxiləsi nəticəsində oğrular mağazadan əliboş çıxmaq məcburiyyətində qalıb.

Mağazanın təhlükəsizlik kameralarına yansıyan görüntülər sosial mediada böyük marağa səbəb olub. Hətta bir çox sosial media istifadəçiləri yaşlı kişini “qəhrəman” elan edib.

“A24.az” sözügedən görüntüləri təqdim edir:

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar