Saytların dili ilə bağlı monitorinqin nəticələri açıqlandı - FOTO 

Saytların dili ilə bağlı monitorinqin nəticələri açıqlandı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər tərçivəsində ölkədə fəaliyyət göstərən saytların dilinin monitorinqi keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun Monitorinq Şöbəsinin mütəxəssislərinin apardığı monitorinqdə 15-ə yaxın saytın materialları nəzərdən keçirilib.

“A24.az” xəbər verir ki, bu gün həmin monitorinqin nəticələrinə həsr edilmiş mətbuat konfransı olub. Mətbuat konfransında AMEA Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinin inkşafı üçün geniş imkanlar açır.

Akademik əlavə edib ki, hamı ana dilinin təmizliyindən danışır, dilçi alimlərdən müsahibə alınır: “Amma faydası az olur. Yəni təsir etmək istəyənlər çoxdur, amma təsirə tabe olan adamlar ya yoxdur, ya da azdır. Yəni danışıq dilində yenə də pərakəndəlik var . Amma bu hal yaxşıdır ki, KİV-lər ana dilinin təmizliyinə həsr olunan mövzular qoyurlar. Ona görə də dillə bağlı müəyyən nəticələrə gəlmişik”.

T.Hacıyev onu da əlavə edib ki, bəzən mətbuat ana dilində olan qüsurları Dilçilik İnstitutunun üzərinə atır: “Amma  nəzərə almaq lazımdır ki, ana dili yalnız Dilçilik İnstitutunun yox,  hamının dilidir. Ona görə də hamı ana dilinin qayğısına qalmalıdır. Əlbəttə ki, dilin nizama salınmasında Dilçilik İnstitutunun böyük işi var.  Bizim Monitorinq şöbəsi bu istiqamətdə işlər aparır”.

Saytları ana dilinə diqqət yetirməyə səsləyən T.Hacıyev deyib ki,  bir çox insanlar kitabdan çox saytları oxuyur: “Düzdü, cəmiyyətdə kitab oxumağa meylin az olması xoşagələn hal deyil. Amma hər halda cəmiyyət saytları oxumağa daha çox səy göstərir. Ona görə də saytlara diqqəti artırmaq lazımdır. Saytlarda dilin normalarına fikir vermək lazımdır. Sayt yaradanlara da tövsiyə edirəm ki, dilin normalarına diqqət yetirsinlər”.

O, dil nöqsanlarını aradan qaldıracaq “Qaynar-xətt”in  işə salınacağını söyləyib və deyib ki, hazırda Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi həmin xəttin tezliklə işə salınmasına çalışır.

AMEA Dilçilik İnstitutunun Monitorinq Şöbəsinin müdiri Qulu Məhərrəmli  isə deyib ki, monitorinq üzərində təxminən 4 ay iş aparılıb. Onun sözlərinə görə, 15-ə yaxın saytda 1000-ə yaxın infornasiya  monitorinq edilib. Ümumilikdə  500-ə yaxın informasiyada səhvlərin olduğu müəyyən edilib.

O, nümunə də səsləndirib: “Məsələn, yazırlar ki, Azərbaycan Ordusuna snayperçi qızlar lazımdı. Əvvala,  snayperdi və snayperçinin qızı, yaxud oğlanı olmur.  Başqa bir nümunə. Biz,  reportyor deyirik, reportyorçu demirik ki… Bax bu kimi məsələlərə diqqət yetirilməlidir. Bu yaxınlarda Argentinada iki vertolyot toqquşdu və qəzada həlak olanlar oldu. Media bunu  “Argentinada baş verən vertolyot insidenti” kimi  yazdı. Əslində isə, bu, insident yox, qəzadır, faciəvi hadisədir. Çünki insidentin başqa lüğəti mənası var”.

Sonra institutun aparıcı elmi işçisi Nəzakət Quliyeva saytların dili üzərində aparılan monitorinqin nəticələri və müşahidə edilən dil nöqsanları haqqında danışıb.

Atif Sarıxanlı

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Gündəm, Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar