Türkiyədə qəzada ölən azərbaycanlı tələbə barədə yeni faktlar - VİDEO

Türkiyədə qəzada ölən azərbaycanlı tələbə barədə yeni faktlar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanlı gənc başqa bir qəzanın qarşısını almaq üçün yola reflektor qoymaq istədi, amma özü qəzanın qurbanına çevrildi.

A24.Az İstanbulda baş verən qəzada azərbaycanlı gəncin faciəvi sonluğu eşidənləri gözyaşına boğub. Türkiyənin özəl universitetlərindən birində mühəndislik fakultəsində oxuyan 20 yaşlı Fərman Məmmədli Azərbaycan dövlət nömrə nişanlı avtomobili ilə qız dostu ilə Ədirnə şəhərinə doğru gedirmiş.

Yolda məlum olmayan səbəbdən Fərman anidən idarəetməni itirərək qəza törədib. Qəza zamanı avtomobil beton arakəsməyə dəyib. Maneəyə zərblə çırpılan avtomobildən həm Fərman, həm də qız dostu salamat çıxıb. Daha sonra 20 yaşlı gənc azərbaycanlı qız dostunu taksi ilə evinə yola salıb, avtomobilini yoldan çəkmək üçün evakuator çağırıb və digər sürücülərə mane olmasın deyə yola reflektor qoymaq istəyib. Elə bu zaman qarşı tərəfdən gələn başqa bir avtomobil onu vurub. “Təcili yardım” çağırılsa da, azərbaycanlı gəncin həyatını xilas etmək mümkün olmayıb.

“A24.az” Türkiyə mediasında yayımlanan videomaterialı təqdim edir:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Dünya, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar