A24.Az ilin "ƏN"lərini seçdi - SİYAHIDA KİMLƏR VƏ NƏLƏR VAR...

A24.Az ilin “ƏN”lərini seçdi – SİYAHIDA KİMLƏR VƏ NƏLƏR VAR…
Want create site? Find Free WordPress Themes and plugins.

A24.Az saytı 2016-cı ildə baş vermiş bəzi hadisələri nəzərə alaraq, ilin “ən”lərini seçib.

Həmin siyahını təqdim edirik:

İlin itkisi

İnflyasiya nəticəsində dəyərini itirən Azərbaycanın milli valyutası MANAT.

İlin millət vəkili

Sərxoş başla verdiyi açıqlamaları ilə xalqın qəzəbinə tuş gəlmiş ASTAN ŞAHVERDİYEV.

İlin “vor zakon”u

İstanbulda güllələnərək öldürülən və Azərbaycan xalqını böyük kədərə qərq edən RÖVŞƏN LƏNKARANSKİ.

İlin həsrətlisi

Prezident kreslosuna oturacağı günü səbirsizliklə gözləyən ABŞ-ın yeni seçilmiş prezidenti DONALD TRUMP.

İlin “qiymətlisi”

Gecələr qiymətləri qəfil qaldırdığı üçün xalqın “sevimli”sinə çevrilmiş TARİF ŞURASInı ilin “qiymətlisi” hesab etmək olar.

İlin cinayəti

“Qızıl Məryəm” ləqəbi ilə tanınan Məryəm Nemətzadənin qətli. Xatırladaq ki, “Qızıl Məryəm”i öz doğma qızı və bacısı oğu birlikdə qətlə yetirmişdi.

İlin zirvəsi

Aprel döyüşlərində erməni işğalından azad edilən LƏLƏTƏPƏ.

İlin bəxtsizi

Açıqlamaları və xalqa verdiyi qeyri-adi məsləhətləri ilə gündəmdən düşməyən, ələ salınan millət vəkili HADI RƏCƏBLİ.

İlin şanssızı

Müsahibə və açıqlamaları yanlış anlaşıldığı üçün 982 nəfər tərəfindən atasının goruna söyülən AQİL ABBAS.

İlin mirası

Xalq artisti İlhamə Quliyevanın vəfatından sonra qalmaqallara səbəb olan mirası.

İlin xarizması

“Stefano Ricci”-dən 1000 dollarlıq kəməri ilə sosial şəbəkələrdə fotosunu paylaşan müğənni VASİF MƏHƏRRƏMLİ.

İlin xalqı

Bomba yağışı altında yaşamağa məhkum olan Suriya xalqı.

İlin unudulmuşu

Amerika zindanlarında unudulmuş azərbaycanlı biznesmen RZA ZƏRRAB.

İlin yumruğu

Bir yumruğa Kolumbiya bayrağı çəkilmiş şiferi parçalayan ƏHƏD ABIYEV.

İlin aparıcısı

Bayağılığı ilə zirvələr fəth edən, proqramı bağlananda yenisini açan MİKAYIL GÜLƏDDİNOĞLU.

İlin qurbanı

Lisenziyası ləğv edilərək əməkdaşları pərən-pərən düşən, məhkəmə qapılarında qalmış ANS TV.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Media, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar