"A24.az" Xocalı soyqırımını belə andı - VİDEOÇARX

“A24.az” Xocalı soyqırımını belə andı – VİDEOÇARX
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 25 ili tamam olur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

“A24.az” saytının əməkdaşları isə Xocalı soyqırımını anmaq üçün kiçik videoçarx hazırlayıb. Videoçarxda dəhşətli gündə dünyasını dəyişən, işgəncələrə məruz qalan insanların dilindən danışaraq “A24.az” əməkdaşları Xocalı soyqırımını belə andı:

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar