Abbas Abbasovun məşhur qohumu qətlə yetirildi - Gəncəli "Qoçu" öz restoranında öldürülüb

Abbas Abbasovun məşhur qohumu qətlə yetirildi – Gəncəli “Qoçu” öz restoranında öldürülüb
Want create site? Find Free WordPress Themes and plugins.

Noyabr ayının 4-ü gecə saat 5 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.

Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki “Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, “Qoçu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.

A24.az-ın Gununsesi.info-ya istinadən məlumatına görə, qətl hadisəsi mərhum Qoca Quliyevin şəxsi obyekti sayılan “Çinar” restoranında baş verib.

Hadisəylə bağlı Gəncənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Mərhum Qoca Quliyev Azərbaycan cəmiyyəti üçün məşhur personalardan hesab olunurdu və “Qoçu” ləqəbi ilə tanınırdı. Ötənlərdə bir neçə dəfə həbsdə olmuşdu. Mərhumun baş nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumu olduğu deyilir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Kriminal
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar