Abituriyentlər, yay imtahanlarında yeniliklər var -  Ekspert danışır

Abituriyentlər, yay imtahanlarında yeniliklər var – Ekspert danışır
Want create site? Find Free WordPress Themes and plugins.

Elçin müəllim, Yay qəbul imtahanları Yaz qəbul imtahanından çətin olacaq, ya asan?

Yay qəbul imtahanları çətin olmayacaq. Eynilə Yaz qəbul imtahanı səbiyyəsində olacaq. Sadəcə Yay qəbul imtahanının Yaz qəbul imtahanından fərqli məqamı proqramın tam əhatə olunması faktıdır.

Bilirsiniz Yaz qəbul imtahanında cari ilin məzunları orta məktəbi bitirmədikləri üçün onlarda son mövzuların tədrisi qalmışdı. DİM bunu nəzərə almışdı. Amma indi dediyim kimi proqram tam əhatə olunacaqdır.

Elçin müəllim, həm ali məktəblərə, həm də kolleclərə ixtisas seçimləri nə zaman başlayır?

I-V qrupların elektron ixtisas seçimi iyulun 29-u başlayıb avqustun 10-u başa çatacaqdır.

9 illikdən kolleclərə iyulun 25-dən avqustun 7-dək, 11 illikdə isə avqustun 15-dən 20-dək aparılacaqdır.

Qabiliyyət imtahanlarına qeydiyyat isə iyulun 8-i başlayıb və iyulun 18-i başa çatacaqdır.

Əvvəllər statistika jurnalı çıxırdı. Bu ildə çıxacaqmı? Və orada həm Yaz, həm də Yay qəbul imtahanlarının nəticələri yer alacaqmı?

 Hər il olduğu kimi bu ildə Dövlət İmtahan Mərkəzi abituriyentlərin ixtisas seçimində nələrə diqqət yetirməli olduqlarına dair jurnalları çıxacaq. Onlardan biri də statistikaların əks olunduğu jurnaldır. Bu il qəbul imtahanları iki mərhələ üzrə keçirilsə də, statistik göstəricilər hər imtahan üçün ayrıca deyil, abituriyentlərin hansı imtahanda daha yaxşı göstəricisi varsa, onun üzərindən əks olunacaqdır. Yəni ki, hər hansısa bir abituriyent Yaz qəbul imtahanında 350 bal, Yay qəbul imtahanında isə 420 bal toplamışsa və ya bunun əksinə göstərici varsa bu zaman ən yüksək bal statistikada əks olunacaqdır.

 Elçin müəllim, son günlər keçid balları ilə bağlı mübahisə və müzakirələr var. Zəhmət olmasa, bu ilki qəbul ilində keçid balları haqqında məlumat verərdiniz.

 “Bəzi ixtisaslarda keçid balları ötən qəbul illərinə nisbətən elə də ciddi fərqlənməyəcək. İxtisas qrupları üzrə keçid balları yerində qalacaq. Bu barədə bir neçə ay əvvəl Dövlət İmtahan Mərkəzinin direktrolar şurasının sədri Məleykə xanım Abbaszadə və həmin mərkəzin mətbuat xidməti məlumat yaymışdı. Mən yenə də həmin məlumatı diqqətinizə çatdırıram. Belə ki, ixtisas qrupları üzrə keçid balları:

I qrup üzrə ödənişli əsaslarla 200 baldan, ödənişsiz əsaslarla isə 250 baldan aşağı olmayan abituriyentlər

II qrup üzrə ödənişli əsaslarla 200 baldan, ödənişsiz əsaslarla isə 300 baldan aşağı olmayan abituriyentlər

III qrup üzrə ödənişli əsaslarla 200 baldan, ödənişsiz əsaslarla isə 300 baldan aşağı olmayan abituriyentlər

IV qrup üzrə ödənişli əsaslarla 250 baldan, ödənişsiz əsaslarla isə 250 baldan aşağı olmayan abituriyentlər ixtisas seçimi mərhələsinə buraxılacaqlar”.

Bundan əlavə bildirim ki, ixtisas qrupları üzrə keçid balları yerində qalsa da, bəzi ixtisaslar üzrə keçid ballarında artım müşahidə olunacaq. Bu ixtisaslar isə daha çox yüksək bal tələb edən, belə demək mümkünsə prestijli ixtisaslardır.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar