ABŞ alimlərindən möhtəşəm ixtira

ABŞ alimlərindən möhtəşəm ixtira
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ alimləri yaranı sağaltmağa kömək edən və xəstənin vəziyyəti barədə informasiyanı kompüterə translyasiya etməyə imkan verən cərrahi tikiş materialı prototipini hazırlayıblar.

“A24.az” bildirir ki, Trend “tass.ru” saytına istinadən məlumat verir ki, parça lifləri sanki “kimyəvi və fiziki müşahidə” aparmağa imkan verən sensor və elektrodlarla toxunulub. Belə nanoölçülü ötürücülər qan təzyiqi, bədən temperaturu, şəkər səviyyəsi və hətta stress kimi göstəriciləri izləyə bilirlər.

Mütəxəssislərin fikrincə, bütün bu məlumatları simsiz üsulla istənilən qəbuledici qurğulara, məsələn, smartfon və ya kompüterlərə real vaxt rejimində göndərmək mümkün olacaq. Nəzəri baxımdan bunun həkimlərin işini xeyli asanlaşdıracağı gözlənilir. Hazırda alimlər sınaqların yalnız siçovullar üzərində keçirilməsinə görə nəticəyə zəmanət verə bilməsələr də, onun yekunundan razıdırlar.

Tədqiqat iştirakçılarından biri, nanotexnologiyalar laboratoriyasının direktoru Samir Sonkusalın sözlərinə görə, belə “ağıllı” tikiş və bintlər dərinin sağalmasını izləməyə imkan verəcək, eləcə də onlardan sağlamlıq vəziyyətinin monitorinqi üçün istifadə etmək mümkün olacaq.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Sağlamlıq
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar