ABŞ Bərzaniyə referendumu təxirə salması qarşılığında nələr vəd edib? – Kələfin ucu görünməyə başladı

ABŞ Bərzaniyə referendumu təxirə salması qarşılığında nələr vəd edib? – Kələfin ucu görünməyə başladı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın  müstəqillik referendumunun təxirə salınması müqabilində Şimali İraq Rəhbərliyinə təklif etdiyi variantın detalları məlum olub.

A24.Az xəbər verir ki,   Vaşinqton Post qəzeti ABŞ-ın Məsud Bərzaniyə 3 illik yol xəritəsi təklif  etdiyindən yazıb.

Vaşinqton Postun yazarı David İqnatius  yazısında ABŞ-ın Xarici İşlər Nazirliyinin müstəqillik referendumunu təxirə salması üçün Şimali iraq Rəhbərliyinə  təqdim etdiyi sözügedən variantın məzmununundan bəhs edib.

Картинки по запросу berzani ABD

İqnatius Bərzaniyə “etibarını qoruyan” təklifin təqdim edildiyini açıqlayıb.

Yol xəritəsində Bağdadla 3 il ərzində  müzakirələrin aparılması nəzərdə tutulur;

 Müzakirələrin Birləşmiş Millətlərin (BMT) vasitəçiliyi ilə aparılması təklif edilir;

 Ərbil ilə Bağdad arasında olan bütün  münaqişəli məsələlərin maddə-maddə müzakirə edilməsi planlaşdırılır;

 Müzakirə olunacaq məsələlər arasında müstəqillik məsələsi də var.

MƏSRUR BƏRZANİ: RƏDD ETMƏYƏ MƏCBUR İDİK

Картинки по запросу mesrur barzani

ABŞ rəsmilərinin İqnatiusa verdiyi xəbərə görə,  Bərzani bu şərtləri rədd edərək referendumun keçirilməsinə qərar verib.

Vaşinqton Post yazarı məsələni Bərzaninin oğlu və Şimali İraq Kürd Muxtariyyətinin Təhlükəsizlik Şurasının sədri olan Mesrur Bərzani ilə də müzakirə edib.

 Məsrur Bərzani qeyd edib ki, referendumun keçirilməsinə məcbur olduq.  “Çünki İraq hökuməti konstitusiyanın bir çox maddələrini pozub”. “

 “ABŞ-IN PASSİVLİYİNDƏN NARAHATAM”

 Məsrur Bərzaninin İqnatiusla müsahibəsində diqqət çəkən mesajlardan biri də  onun ABŞ-a vasitəçilik etməyə çağırışı olub.  İraqlı kürd rəsmisi Bağdadın Kürdüstan xalqını cəzalandıran təhlükəli tədbirlər gördüyünü deyib. “Amerika müttəfiqlərini dəstəkləməlidir və gərginliyi azaltmalıdır. Bunu etmək üçün uyğun ölkə ABŞ-dır. Amerikanın Kürdüstana yönəldilən hərbi təhdidlər qarşısında passivlik nümayiş etdirməsindən narahatam”.

 “BƏRZANİ SƏSVERMƏNİ SİYASİ İRS OLARAQ KEÇİRMƏK İSTƏDİ

Картинки по запросу barzani referendum

 İqnatius bildirib ki,  Vaşınqton Bərzaniyə  referendumu təxirə salması üçün bir neçə ay bundan əvvəl təzyiqlər göstərməyə başlayıb. “Amma Bərzani Qərblilərin Kürd arzularına qarşı bir əsrdən çoxdur ki, davam edən xəyanətinin yükünü çiyinlərində hiss etdi. Bərzani müstəqilliyə görə səsverməni siyasi bir irs kimi  keçirmək istədi”.

İqnatius iraqlı kürdlərin referendum keçirirərək səhv addım atdığını və ABŞ, İraq hökuməti və özləri üçün mənasız problemlər yaratdığı bildirib.

“ABŞ KÜRDLƏRƏ BAĞDADLA DİALOQDA VASİTƏÇİLİK ETMƏYƏ  BORCLUDUR”

Картинки по запросу ABD kürt devleti

“Ancaq bu vəziyyət Amerikanın Kürd müttəfiqlərini stabilliyi pozacaq gərginliyi azaltmaq üçün daha çox işləməsini tələb edir. Kürd rəsmiləri hazırda vəziyyəti sakitləşdirmək üçün köməyə ehtiyacları olduğunu deyir və haqlıdırlar da. Tramp rəhbərliyi  isə səsvermədən sonrakı vəziyyətə kömək etməyə və Bağdadla danışıqları təşviq etməyə hazır olduqlarını deyir. Amma bu məsələ  günahkarın kim olub-olmamasından asılı olmayaraq tez bir zamanda nəzarətə götürülməlidir. Kürdlərin referendum keçirməsinin vaxtı  nə qədər yanlış olursa-olsun, bu, bir dostun verdiyi və ağrı-acı ilə dolu tarixi əks etdirən bir qərardır. ABŞ, kürdlərə Bağdadla dialoqda vasitəçilik etməyə borcludur. Buna başlamaq üçün doğru məqam da beynəlxalq hava əlaqələrinə dair, yəni Kürdüstanın dünya ilə əlaqəsini zəmanət altına alan müqavilənin bağlanmasıdır”.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Redaktor Seçimi, Gündəm, Dünya, Siyasət, Araşdırma, Eksklüziv, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar