ABŞ bu ölkəyə 38 milyard dollar yardım verir

ABŞ gələcək 10 ildə İsrailə yüklü bir miqdarda yardım etmək istədiyini açıqlayıb.

A24.Az xəbər verir ki, Amerika İsraildə müdafiə məsələlərinə yardım edilməsi haqqında olan müqaviləni çərşənbə günü imzalayacaq. Müqaviləyə görə, ABŞ İsrailə 38 milyard dollar yardım ayırıb.

ABŞ Xarici İşlər Nazirliyinin mətbuat şöbəsindən göndərilən məlumatda “ABŞ və İsrail arasındakı 2019 – 2028-ci illər arası 10 illik müdafiə yardımı uğurla nəticələnib” sözləri yer alıb.

Rəsmi Vaşinqton tərəfindən ediləcək yardım ABŞ tarixində bir ölkəyə bir dəfədə ediləcək ən böyük miqdardır.

Ağ Evin sözcülərindən Erik Şults ayrılmış pul miqdarı haqqında bunları deyib: “Uzun və qarışıq bir müddət idi amma düşünürük ki, buna dəyəcək. Bu həm bizim, həm də bizim dünyadakı ən böyük müttəfiqlərimizdən İsrailin xeyrinə olacaq. Bununla da İsrailin təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısını alacağıq.”

Qeyd edək ki, edilən yardımın 5 milyard dolları Nüva Silahından Müdafiə sənayesinin inkişafına yönəldiləcək. Amerika dövləti bugünə kimi İsrailə 124.3 milyard dollar yardım ayırıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR