ABŞ-da "Facebook"a qarşı istintaq başladı

ABŞ-da “Facebook”a qarşı istintaq başladı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Daşınan əmlak və Birja Komissiyasının (SEC) məlumat sızıntısı qalmaqalı ilə bağlı müraciətinə əsasən “Facebook”a qarşı istintaqa başlanılıb.

A24.Az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, “Kembric Analitika” adlı firmanın 87 milyon “Facebook” istifadəçisinin hesablarından icazəsiz topladığı şəxsi məlumatları ABŞ və İngiltərədə həlledici siyasi seçkilərə təsir etmək üçün qanunsuz olaraq istifadə etməsi səbəbilə SEC-in “Facebook”la bağlı araşdırmaya başladığı deyilir.

Həmçinin xəbərdə, “Facebook”un sözügedən sızıntını bildiyi halda investorlara bu barədə xəbərdarlıq etməməsi məsələsinin də araşdırılacağı qeyd olunub.

A24.Az 

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar