canan-karatay-hakli-cikti-ozdm

ABŞ-da maraqlı faktlar üzə çıxdı

ABŞ-da şəkər şirkətlərinin 1960-cı illərdə elm adamlarına pul ödəyərək ürək xəstəliklərində əsas zərərin doymuş yağlara aid olması fikrinin irəli sürdürüldüyü üzə çıxdı.

 

“A24.az” xəbər verir ki, Kalifornia Universitetinin tədqiqatçısı Stenton Qlentzin üzə çıxardığı sənədlər bu gün ABŞ Şəkər Dərnəyi kimi tanınan Şəkər Araşdırma Vəqfinə aiddir. Sənədlər 1967-ci ildə aparılan, hətta bu gün də əsas götürülən araşdırma ilə bağlıdır.

son201691494131_42

“JAMA İnternal Medicine” adlı tibb jurnalında dərc edilən və “Nyu York Times” tərəfindən də xəbərləri verilən sənədlərə əsasən, haqqında bəhs olunan  təşkilatın, şəkər və yağların ürək xəstəliklərinə olan təsirini araşdıran Harvard Universitetinin üç mütəxəssisinə 50 000 dollar ödədiyi məlum oldu. Bu araşdırma, şəkər və ürəyin sağlam olması arasında ciddi əlaqənin olmadığını, ürək xəstəliklərində əsas zərərin doymuş yağlara aid olduğunu üzə çıxardı. Həmin aradırmanı aparan mütəxəssislər həyatda deyil.

karatay

Bu gün Harvardın qidalanma şöbəsinin rəhbəri Dr. Uolter Uillet belə deyir:

“Bu gün əlimizdə olan məlumatlara baxaraq saflaşdırılan karbohidratların, xüsusən şəkər əlavə edilən içkilərin ürək xəstəliklərində təhlükə amilləri olduğunu, lakin qidanın tərkibindəki yağ tiplərinin də çox mühüm olduğunu göstəririk”.

“New York Times”ın bildirdiyinə görə qida sənayesinin qidalanma elminə olan təsiri bu gün də davam edir.

Canan Karatay: “Sənayenin dəstəklədiyi heç bir araşdırmaya güvənmək olmaz”

Karatay raport haqqında Bodrumda “DHA”-ya müsahibə verdi.

142725
Əsl elm və həqiqətlərin hər zaman qalib gəldiyini qeyd edən Prof. Dr. Karatay fikirlərini belə davam etdirdi:

“Səbirlə gözlədik, həqiqəti gördük. Kitablarımda bu mövzuda yazdıqlarım, hamının bildiyi araşdırmalardır. Haqlı olduğuma görə şübhəsiz ki, çox sevinirəm. 2011-ci ildən əvvəl kitabım çap edilmədən də bunları deyirdim. Bir qədər əvvəl ABŞ-da ortaya çıxan raportun orijinalını oxudum. Həqiqətən şəkərli qida sənayesi, şəkərli və qazlı içkilər sənayesi, Harvarddan olan üç, dörd professorun hər birinə 50 000 dollar ödəyərək şəkərin piylənmə və ürək xəstəliyinə heç bir zərəri olmadığını, bütün zərərlərin doymuş yağlar səbəbilə olduğunu insanlara çatdırdılar. Çox acı həqiqətdir ki, sonradan bunların, sənayenin bir oyunu olduğu məlum oldu. Təbii ki, qida sənayesi çox böyük lobbi fəaliyyətidir. Hətta bəhs etdiyimiz bu professorlardan birinin, ABŞ Dərman və Qida Qrupunda işlədiyini də bilirik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR