ABŞ-da növbəti “Ebola” həyəcanı

ABŞ-da növbəti “Ebola” həyəcanı
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-da Ebola virusuna yoluxduğu ehtimal edilən şəxs xəstəxanaya yerləşdirilib.

“A24.az”ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Kaliforniya ştatının Sakramento şəhərində qeydə alınıb.

Hazırda adı açıqlanmayan şəxs “South Sacramento Kaiser” tibb mərkəzində xəstəliyin operativ diaqnostikasına yönələn testlərdən keçir. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına əsasən, dünyada Ebola virusuna yoluxanların sayı 22 092 nəfər təşkil edir, 8 810 nəfər isə xəstəliyin qurbanı olub. Son həftə ərzində Qərbi Afrikada xəstəliyə 99 yoluxma halı qeydə alınıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar