ABŞ-da qəza edən təyyarə evlərin üzərinə düşdü - FOTO

ABŞ-da qəza edən təyyarə evlərin üzərinə düşdü – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Kaliforniya ştatında yüngülmotorlu təyyarə yaşayış evlərinin üzərinə düşüb.

“A24.az”ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Riversayd şəhərindən San-Xoseyə uçan “Cessna 310” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 4 nəfər olub.

Üzərilərinə təyyarə düşən iki fərdi yaşayış evində yanğın başlayıb. Sonra alov yaxınlıqdakı tikililərə keçib. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri müəyyənləşdirilir. Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi araşdırma aparır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar