ABŞ-dan erməniləri qorxudan təklif

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin təklifi İrəvandan narahatlıq yaradıb.

A24.az xəbər verir ki, həmsədr Moskvada “İnterfaks”ın xarici əlaqələr şöbəsinin baş redaktoru Olqa Qolovanovaya rəsmi Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanma predmenləri haqqında danışıb.

Olqa Qolovanova ABŞ-lı həmsədrə “Biz yenə də bildiririk ki, bu regional münaqişədir və mən bunu bilirəm ki, Azərbaycan tərəfi israr edir ki, Ermənistan Dağlıq Qarabağdakı bir sıra yüksəklikləri azad etməlidirlər. Siz necə praqnoz verirsiniz, onlar arasında kompromisə getmək mümkün olacaq? Torpaqlar necə bölüşdürüləcək? ” sualını verib.

war
Ceyms Uorlik – ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri

Cavabında isə Ceyms Uorlik bunları deyib : “Əminliklə bilmirəm. Bu bir həll variantıdır  və tələb edir ki, Dağlıq-Qarabağın statusu əvəzinə bəzi ərazilər Azərbaycan tərəfininin nəzarətinə qaytarılsın. Bunlar həmişə həll variantlarının elementləri olub: qaçqınların qaytarılması, beynəlxalq sülhməramlıların yerləşdirilməsi”.

Bu, Ermənistan rəhbərliyində və Xankəndidəki işğal rejimində ciddi narahatlıq doğurub. İrəvan təmsilçiləri sussa da, Qarabağdakı işğalçı rejimin təmsilçilərini narahat olduqlarını gizlətməyiblər. Rejimin təmsilçisi David Babayan statusun Dağlıq Qarabağın təhlükəsizlik təminatı ola bilmədiyinin iddia edib. Rejim təmsilçisi Azərbaycanın yalnız Qarabağı deyil, Zəngəzuru və İrəvanı da geri qaytarmaq niyyətində olduğunu söyləyib.

Əslində Babayan Zəngəzur və İrəvan məsələsini doğru olaraq yada salıb. Əgər Ermənistan Qarabağın işğal edilmiş torpaqlarını vaxtında və dinc yolla geri qaytarmazsa, Azərbaycanın həmin əraziləri hərblə geri qaytarmaqdan başqa yolu qalmayacaq . Bu isə Ermənistanla geniş əraziləri əhatə edən müharibəsiz mümkün olmayacaq, Azərbaycan istər-istəməz  Göyçəni, Zəngəzuru və İrəvan çuxurunu azad etməli olacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR